Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon  prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Sədərək kənd 2 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Sədərək rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Cavid Əsgərov “ Yaşıl dünya naminə təmiz ətraf mühit və sağlam gələcək” başlıqlı  mövzu ilə çıxış edib. 
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.