

Sədərək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir" mövzusunda maarifləndirici tədbir keçirib.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayonun Sədərək kənd 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Sədərək rayon prokurorunun köməkçisi, l dərəcəli hüquqşünas Rəmzi Həsənov və rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Cavid Əsgərov "Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçilik inkişafı mövzusunda məktəbin şagirdləri qarşısında çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.