Sədərək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Sədərək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçiriblər.

Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Heydərabad qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Sədərək rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Cavid Əsgərov “ Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati və cinayət məsuliyyəti” başlıqlı mövzu ilə, rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Rəmzi Həsənov isə "Narkomaniya əsrin bəlası və bəşəriyyətin sağlam gələcəyi üçün təhlükə mənbəyidir" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.