Sədərək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.

Sədərək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Təmiz gələcək– #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirib.

Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə “Təmiz gələcək – #YoxDe” adlı proqramların təşkili nəzərdə tutulmuşdur.

Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Heydərabad qəsəbə tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Cavid Əsgərov və rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Rəmzi Həsənov "Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramı çərçivəsində çıxış edib.

Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.