

Sədərək rayon prokurorluğunun əməkdaşları
məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Sədərək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Sədərək kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.
Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Cavid Əsgərov "44 günlük Vətən müharibəsi şanlı zəfərimizdir" başlıqlı mövzu ilə, rayon Prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Rəmzi Həsənov isə "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.