

Sədərək rayon Prokurorluğunun və rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyinin təşkilatçılığı ilə rayonun Sədərək kənd 1 nömrəli tam orta məktəbində müxtəlif yaş qruplarından olan şagirdlərin iştirakı ilə Uşaq hüquqları aylığı çərçivəsində "Uşaqların hüquqlarını qoruyaq və hüquqlarını qorumağa öyrədək" adlı maarifləndirici tədbir keçiriblər.
Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Kamal Əlibəyli, psixoloqu Kamran Quliyev, rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Nazim Mehdiyev və Sədərək rayon Mərkəzləsdirilmiş Kitabxana Sisteminin direktoru Kəmalə Əliyeva iştirak edib .
Tədbirdə Sədərək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nurlan Əhmədli ''Uşaq hüquqları'', başlıqlı mövzu ilə, İcra Hakimiyyətinin məsul katibi Nazim Mehdiyev ''Uşaqlar ölkəmizin gələcəyidir" mövzusu ilə və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kəmalə Əliyeva isə ''Uşaqların hüquqlarını qoruyaq və hüquqlarını qorumağı öyrədək'' mövzusunda çıxış ediblər.
Sonda şagirdlər Uşaq hüquqları ilə bağlı təşkil olunan sərgi ilə tanış olublar, sərgi şagirdlər tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorunun
Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri
Səttar Əsgərov