Şərur rayon İcra Hakimiyyətində “Məişətdə dəm qazı təhlükəsizliyi: səbəblər, risklər və qorunma yolları” mövzusunda tədbir keçirilib.

Şərur rayon İcra Hakimiyyətində “Məişətdə dəm qazı təhlükəsizliyi: səbəblər, risklər və qorunma yolları” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun,  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası  Mərkəzinin və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişətdə dəm qazı təhlükəsizliyi: səbəblər, risklər və qorunma yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şərur rayon İcra Hakimiyyəti Başçısının müavini Aysel Zeynalabdinova giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından danışb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun əməkdaşları baş ədliyyə müşaviri Faiq Səfərov, kiçik ədliyyə müşaviri Turqay Həşimli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları baş ədliyyə müşaviri Rafiq Cəfərov, və Şahin Rəhimov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mircamal Seyidov,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Nəzrin Əliyeva və “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin əməkdaşı Əli Hüseynov mövzu ilə bağlı çıxış edərək, qış mövsümünün başlaması ilə mənzillərdə qaz cihazlarından və müxtəlif isitmə vasitələrindən istifadənin artdığını, bunun isə dəm qazından zəhərlənmə riskini yenidən gündəmə gətirdiyini, dəm qazının rəngsiz və iysiz olması səbəbindən hiss edilməyən qısa müddətdə insan həyatı üçün ciddi təhlükə yaratdığını, nasaz qaz avadanlıqları, tüstü bacalarının tutulması və havalandırma sisteminin düzgün işləməməsi faciəvi hadisələrə yol açdığını həmçinin, dəm qazından zəhərlənmənin əsasən hansı hallarda baş verdiyini ,onun ilkin əlamətlərinin necə bilməli və bu təhlükədən qorunmaq üçün hansı qaydalara əməl etmək lazım olduğunu tədbir iştrakçılarının nəzərinə çatdırmaqla yanaşı slayt formasında da izah etmişlər.
Tədbir zamanı iştirakçıları