

Şərur rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Şərur rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şərur rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Yasin Nağıyev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli mövzu ilə bağlı çıxış edərək - Narkotizimlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli olmadığını,davamlı siyasət olduğunu bildirmişlər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.