

Şərur rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Şərur və Sədərək rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi,o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.Tədbirdə Şərur və Sədərək rayonunun aidiyyəti əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Şərur rayon İcra Hakimiyyəti Başçısının müavini Aysel Zellabdinova açaraq mövzu ilə bağlı öz fikirlərini bildirib.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Cabbar Nəcəfov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin əməkdaşı Səmra Mehrəliyeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya sistemlərinin istismarı idarəsinin əməkdaşı Fərman Fərzəliyev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.