

Şərur rayon pokurorluğunun əməkdaşları məktəblilərlə “Konstitusion hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Danyeri kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin məsul şəxsləri də iştirak edib.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jalə İbrahimova və rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nurlan Əhmədli “Konstitusiya dövlətin ali qanunudur" mövzusunda çıxış ediblər.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.İnsan ləyaqəti qorunmalı və ona hörmət edilməlidir. Hər bir şəxs öz hüquqlarını bilməlidir bu səbəbdən maarifləndirmənin mühüm rolu vardır.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.