

Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "2025-ci il Konstitusiya və Suverenlik İli” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Cəlilkənd kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jailə İbrahimova "Konstitusiya ilə bəyan edilmiş əsas prinsip və dəyərlər" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.