Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Ekoloji hüquqpozmalar” mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Ekoloji hüquqpozmalar” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Gümüşlü kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və təlim -tərbiyə işləri üzrə direktor müavini iştirak ediblər.
Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu "Ekoloji hüquqpozmalar və onların qarşısının alınması" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.