Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Hüquqlarımız necə qorunur” mövzusunda maarifləndirici görüş keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Sərxanlı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və psixoloqu iştirak edib.
Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nurlan Əhmədli "18 iyun insan hüquqlarının qorunması günüdür" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.