

Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçiliyinin inkişafı " mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Maxta kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Şükür Həsənov və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu Konstitusiya və Suverenlik ili: Azərbaycanın hüquqi və dövlətçiliyinin inkişafı mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.