Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Uşaqların sağlamlıq hüququ" mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Uşaqların sağlamlıq hüququ" mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Çomaxtur kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları aylığına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Nurlan Əhmədli və Gənclər və İdman idarəsinin rəisi Sahil Hüseynov "Uşaqların həyat və sağlamlığının qorunması hüququ" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.