Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ekoloji hüquq pozuntuları” mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Ekoloji hüquq pozuntuları” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Düdəngə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Şərur rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jalə İbrahimova və rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nurlan Əhmədli " Ətraf mühitin qorunması və ekoloji hüquqi məsuliyyət" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.