Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilərayonun Qarxun kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin dərs hissə müdiri və psixoloqu iştirak edib.

Tədbirdə Şərur rayon rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nurlan Əhmədli "Narkomaniyaya yox deyək" başlıqlı mövzu ilə, rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Rauf Cəfərov isə “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.