

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Təmiz gələcək- #YoxDe" proqramı üzrə maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair "Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə "Təmiz gələcək - #YoxDe" adlı proqramların təşkili nəzərdə tutulmuşdur. Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Aşağı Yaycı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Şərur rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elvin Qulusoylu və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Nazlı İsmayılzadə “Yol Xəritəsi”nin 5.1.1-ci yarımbəndinin icrası məqsədilə Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək - #YoxDe" proqramı çərçivəsində “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” mövzusunda çıxışlar edib. Məktəbin direktoru, psixoloqu, uşaq birliyi təşkilatının rəhbərinin iştirakı ilə keçirilmiş tədbirin əvvəlində Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.