Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçiriblər.

Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Şərur şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru,təlim tərbiyə işləri üzrə direktor müavini və təşkilatçısı iştirak edib.

Tədbirdə Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas Jalə İbrahimova “Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur” başlıqlı mövzu ilə, rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nurlan Əhmədli isə “Ətraf mühitin mühafizəsi və ekoloji hüquqi məsuliyyət ” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.