Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda maarifləndirici görüş keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Yengicə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru iştirak edib.
Görüşdə Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu "Ulu öndər Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir" mövzusunda və rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jalə İbrahimova isə " Müasir Konstitusiyanın banisi" mövzusunda çıxış ediblər.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edib,Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edilib bu irsi gələcəyin gənclərinə aşılamaq hər bir kəsin borcudur.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib