Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Uşaqların cəmiyyətdə rolu" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Şərur şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktor əvəzi və digər məsul şəxsləri iştirak edib.
Tədbirdə Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu "Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar və onların profilaktikası" mövzusunda, rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jalə ibrahimova isə "Uşaqlar və cəmiyyət" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.