

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Kərimbəyli kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri iştirak edib.
Tədbirdə çıxış edən Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu “Vətəni müdafiə hər kəsin borcudur” başlıqlı mövzu ilə,rayon prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Rauf Cəfərov isə “Vətənpərvərlik nədir?” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.