

Şərur rayon prokurorluğunun əməkdaşları məktəblilərlə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" mövzusunda maarifləndirici tədbir keçiriblər.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Zeyvə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru digər məsul şəxsləri iştirak edib.
Tədbirdə Şərur rayon rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jalə ibrahimova və rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nurlan Əhmədli "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.