Şərur rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq sentyabrın 04-də Şərur rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şərur rayon prokurorluğunun əməkdaşları və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şərur rayon prokuroru Xalid Ağayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair "Heydər Əliyev demokratik və hüquqi dövlətin qurucusudur” mövzusunda çıxış edib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev "Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin yaradıcısıdır", rayon təhsil şöbəsinin müdiri Əli Mehdiyev "Heydər Əliyev və Azərbaycan təhsili" və Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova "Ulu öndər xalqın xilaskarıdır" mövzularında çıxış ediblər.

Tədbirin sonunda Ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü işləri əks etdirən video film nümayiş etdirilib.