Şahbuz rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda maarifləndirici tədbir keçirib.

Şahbuz rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz" mövzusunda maarifləndirici tədbir keçirib.

Şahbuz rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Şahbuz rayon 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri də iştirak edib.

Tədbirdə Şahbuz rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Əfqan İsmayılov "Hərbi vətənpərvərlik" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.