Şahbuz rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Uşaqların cəmiyyətdə rolu” mövzusunda maarifləndirici tədbir keçirib.
Şahbuz rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Şahbuz rayon 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə Şahbuz rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Əfqan İsmayılov "Uşaq hüquqları" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı müzkirələr aparılıb və suallar cavablandırılıb.