T Ə D B İ R

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü qeyd edilib.
Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokuroru Sənan Paşayev və prokurorluğun əməkdaşları iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Prokuroru Sənan Paşayev bildirib ki, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanda yeni inkişaf mərhələsi başlamış,görkəmli siyasi lider,Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanmışdır.
Həmçinin vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olmuş, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş vermiş, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutmuşdur.