Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub Bunu Baş prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü  ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub

Bunu Baş prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü  ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ulu öndərin fəaliyyəti tək ölkə daxilində yox, onun ölkə xaricində də geniş fəaliyyəti olub. 

“Ulu öndərin tək Azərbaycanda yox, keçmiş SSRİ ərazisində tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir dövrdə H.Əliyevin xidmətləri nəticəsində Baykal-Amur magistralının tikintisi başa çatdırıla bilindi. Ulu öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”

Heydər Əliyevin tarixi çıxışlarına nəzər salsaq, Ulu öndərin Azərbaycanın bugününü planladığını görə bilərik

Bunu Baş prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü  ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idi.

“Bugün Azərbaycanın əldə etdiyi uğurların, qələbələrin təməli ulu öndər tərəfindən həmin dövrlərdə atılmışdı. 

Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələ başlandı”.