

#maariflənmə #cinayət qanunvericiliyi
İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər
Ekstsess-latın sözü olub yayının, kənara çıxan mənasını ifadə edir.
Ekstsess icraçının digər iştirakçılarla olan razılığından kənar başqa cinayəti törətməsidir. Ekstsessə görə cinayətin icraçısı məsuliyyət daşıyır. Cinayət hüquq nəzəriyyəsində icraçının fəaliyyətinin digər iştirakçılarının ümumi kriminal niyyətindən hansı istiqamətdə kənar çıxmasından asılı olaraq kəmiyyət və keyfiyyət əlamətlərinə görə ekstsessin növləri fərqləndirilir. Kəmiyyət ekstsessi-icraçının digər iştirakçılırla razılaşdırılan əməli deyil, onunla eyni növdən olan əməlin törətməsi ilə yaranır, əgər icraçı digər iştirakçılarla olan razılıq əsasında oğurluq etməli olduğu halda soyğunçuluq cinayəti törədərsə, belə halda icraçının, təhrikçinin və köməkçinin oğurluq üstündə icraçının faktiki törətdiyi soyğunçuluğa görə məsuliyyəti yaranır.