“Ümummilli liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.”

“Ümummilli liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.”

Bu sözləri Baş prokuror Kamran Əliyev aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans zamanı deyib.

Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb.

Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsi və 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində əldə edilmiş tarixi qələbənin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı milli qürurumuzun bərpası, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj olduğu bildirilib.

Tarixə nəzər salan Baş prokuror, SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılmasından illər sonra, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını və 2024-cü ilin sentyabr ayının 20-də isə Universitetin təmirindən sonra, açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsinin növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.

Tədbirdə həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Elçin Yusubov çıxış edib.