Uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Texniki Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib

Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin Direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova mövzu ilə bağlı çıxış edərək - Azərbaycan Respublikasının Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunundan, müvafiq fərmanlardan irəli gələn və qarşıya qoyulan vəzifələrdən, həmçinin tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün mənfi təsirləri barədə əhalinin məlumatlandırılması, profilaktik tədbirlərin təşkil olunması, ictimai yerlərdə qanunla müəyyən edilmiş tütün məmulatlarından istifadə qaydalarına və qanunalara əməl olunmasının vacibliyini bildiriblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.